metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-05-15

Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının yaradıcılığına həsr olunmuş videoçarx

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova “Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist, ictimai xadim, 11 kitabın və 200-dən çox əfsanələrin müəllifi Sevinc Ağa Xəlilqızının yaradıcılığı haqqında məlumat verdi. Bildirilmişdir ki, o, geniş janrda yazan yazıçıdır. Müəllif yaradıcılığında tarixi roman, povestlər, oçerklər və poema yazmışdır. Bununla yanaşı dedektiv janrda roman da yazmışdır.