Tariximizdə ilk milli mətbu orqanı olan “Əkinçi” qəzeti 1875-ci il 22 iyul tarixində
işıq üzü görmüşdür. Azərbaycan türkcəsində nəşr olunan ilk milli qəzetimizin
yayımlanması o dövrün ziyalılarının qarşısında duran ən vacib və çətin məslələrdən
biri idi.
XIX əsrin ikinci yarısına qədər
bir çox ölkələrdə dövri mətbuat inkişaf etsə də, Azərbaycanda bu sahədə ləngimə
var idi. XIX əsrin ikinci yarısından sonra maarif və mədəniyyətin inkişaf etməsi
başlandı. Bu o dövrün mütərəqqi fikirli, görkəmli və ziyalı şəxsiyyətlərinin səyi
nəticəsində oldu. Maarifin inkişafa doğru getməsi təhsildə də özünü göstərməyə
başladı. Belə ki, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsi böyük
hadisə idi.
Mətbuatımızın güzgüsü
adlandırılan “Əkinçi” qəzetinin bu il 150 yaşı qeyd olundu. Hər il 22 iyul Azərbaycanda
Milli Mətbuat Günü kimi qeyd olunur. Bayram kimi qeyd olunan bu gün təkcə mətbuat
nümayəndələri üçün deyil, bütünlükdə Azərbaycan üçün ən dəyərli günlərdəndir. Cəmi
56 sayı dərc olunan qəzetin yaranmasının təşəbbüskarı, təsisçisi və redaktoru
görkəmli alim Həsən bəy Zərdabi olmuşdur. Çox haqlı olaraq H.b.Zərdabinin təsis
etdiyi “Əkinçi” qəzetini milli mətbuatın bayraqdarı adlandırırlar. Qəzet ayda iki dəfə olmaqla 300-400 tirajla dərc edilirdi. Bu qəzetin
nəşri 1875-1877-ci illəri əhatə etsə də, onun təsirinin gücü Azərbaycanda milli
mətbuatın yaranmasına səbəb oldu.
Həsən bəy hələ 1861-1865-ci
illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə
ana dilimizdə mətbuat orqanının olmasını arzulayırdı. Həsən bəy Zərdabi milli qəzetimizin
nəşri üçün on beş ilə yaxın mübarizə aparmış və nəhayət arzusunu gerçəkləşdirməyi
bacarmışdı.
Azərbaycan Respublikası
Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti
olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyula təsadüf etdiyindən həmin tarix hər
il Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər
Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, cənab
Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə söz və mətbuat
azadlığı təmin olunmuşdur, çoxlu sayda qəzet və jurnalların nəşri ilə yanaşı
internet qəzetçilik də inkişaf etməkdədir. İnformasiya texnologiyalarının
inkişaf etdiyi müasir dövrümüzdə Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin
bir hissəsinə çevrilib.
“Əkinçi” qəzetinin ilk milli mətbuat
olması Azərbaycanda jurnalistika sahəsində gələn nəslin formalaşmasına, peşə
prinsiplərinin və ana dilimizin inkişafına səbəb oldu. “Əkinçi” milli mətbuat
tariximizin başlanğıcı və ilk cığırı oldu. Bu mətbuat orqanından sonra bir çox
milli qəzet və jurnalların yaranmasına maraq artdı. Bir-birinin ardınca yaranan
yeni dövri mətbuatın hər biri Azərbaycanın tərəqqisinə, maariflənməsinə və daha
da inkişaf etməsinə təkan verirdi. Təbii ki, bu inkişafın əsasında Avropanın
elmi yeniliklərindən bəhrələnmək və oxucuları bu yeniliklərlə tanış etmək, ədəbiyyat
və mətbəə işlərində irəliləyişlərə nail olmaq dayanırdı.
XIX əsr milli mətbuatımızın
yarandığı dövr olsa da, çar hökumətinin müstəmləkəçilik siyasəti ziyalılarımıza
mane olurdu. Yeddi il yazışmadan və çəkişmədən sonra qəzetin nəşrinə icazə
almaq mümkün olur. Dövlət dəstəyi olmadan qəzetin nəşri mümkün deyildi. Buna
görə H.b.Zərdabi maliyyə vəsaiti topladıqdan sonra Bakının qubernatoru,
general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edir. H.b.Zərdabi öz
yazılarında: “Mən ona fərzimi deyəndən sonra, məsləhət gördü ki, qəzetin adını
“Əkinçi” qoyun ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi
ki, senzorluğu qəbul etsin. Bu tövr ərizə verib icazə aldım” deyə, – qeyd etmişdir.
İlk milli mətbuatımız olan
“Əkinçi”nin bu adla meydana gəlməsi əslində çar rejiminin fikrini qəzetdə gedəcək
mövzulardan yayındırmaq məqsədi güdürdü. Çünki, mövhumatın və cəhalətin hökm
sürdüyü bir vaxtda cəmiyyətin cəhalətdən oyanmasına, təhsilə cəlb olunmasına,
söz azadlığından və öz hüquqlarından necə istifadə edə biləcəklərinə, maariflənməsinə
çağırış edəcək belə bir mətbuat orqanının olması çox vacib idi. Bu səbəbdən qəzeti
siyasətdən uzaq olan mətbu orqanı kimi göstərsələr də, məqalələrdə tamam başqa məsələlər
işıqlandırılırdı. Qəzet ölkədə gedən ictimai-iqtisadi, sosial problemləri
işıqlandırdıqca, qəzetə olan maraq da artırdı.
“Əkinçi” təkcə Azərbaycanda
deyil, bütünlükdə Zaqafqaziyada, Gürcüstanda, Dağıstanda, Mərkəzi Asiyada, hətta
uzaq Sibirdə geniş əks-səda doğurdu. Bu səbəbdən çar idarəçiliyi qəzeti nəzarətdə
saxlamağa başladı. “Əkinçi” qəzeti nəşrə başlayan vaxtdan xeyli əvvəl Bakıda
rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri ilə yanaşı, qəzet və
jurnalları da fəaliyyət göstərirdi. Belə bir vəziyyətdə milli qəzetin nəşrə
başlamasının nə qədər çətin və məsuliyyətli olduğu məlum idi.
“Əkinçi”nin ən əsas məqsədi Azərbaycanda
hökm sürən savadsızlığın aradan qaldırılması idi. Güclü dini fanatizmin və
mövhumatın mövcud olduğu bir ölkədə bunun nə qədər çətin olduğunu, bəzi
hallarda isə bunun mümkünsüzlüyünü görən və dərk edən ziyalı təbəqənin üzvləri
bu yolda birləşərək səy göstərirdilər. Təhsilin inkişafına tamamilə əks fikirdə
olan ruhani dairəsinin mövhumatçı mollaları insanları bu yoldan çəkindirmək
üçün var qüvvələri ilə çalışırdılar. Mirzə Fətəli Axundzadənin maarifçilik
ideyalarını davam və inkişaf etdirən Zərdabi isə xalqın savadlanmasını, təhsil
almasını, xalqa demokratik azadlıq verilməsini arzulayırdı. Bunun üçün ən əsas
insanları maarifləndirmək və bu yolla istəklərə nail olmaq olardı.
H.b.Zərdabi yazırdı: “...Çəkmə
geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə
insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs başmaq yerinə çəkmə geyəndə şüəralar
onu həcv edir, mollalar ona mənbələrdən lənət oxuyur, əvamünnas salam verməyir,
xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac
qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların
içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək
ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları
biçib əvəzinə qeyrə hasil edəcəklər”.
“Əkinçi”nin mollalara və
ruhanilərə ünvanladığı sərt yazıları onların iç üzünü açır, insanlara bu cür
fırıldaqçıların toruna düşməməyi tövsiyə edirdi.
H.b.Zərdabi “Əkinçi” vasitəsi
ilə əkinçiliyin inkişafına da kömək edən çoxlu materiallar dərc edərək, əkinçilik
və maldarlıqla məşğul olanları maarifləndirməyə çalışırdı. Əslində “Əkinçi” qəzeti
cəmiyyətin inkişaf və tərəqqisi üçün hərtərəfli yeniliklərlə fəaliyyət göstərən
mətbuat orqanı idi. Bu qəzetin ən gözəl xüsusiyyəti o idi ki, qəzet təkcə Azərbaycanda
yaşayan həmvətənlərimizin deyil, Vətəndən uzaqda yaşayanların da yazılarını dərc
edirdi. Bu da qəzetin oxucularının tərəqqi və inkişafı üçün ən vacib vasitə
idi. Moskvadan Nəcəf bəy Vəzirov, Tiflisdən Mirzə Fətəli Axundzadə, Dərbənddən
Heydəri, Şamaxıdan Seyid Əzim Şirvani və Məmmədtağı Əlizadə Şirvani qəzeti
yazıları ilə işıqlandıran ziyalılar idilər.
XIX əsrin sonu – XX əsrin əvvəli Azərbaycanın ictimai-siyasi,
iqtisadi və mədəni həyatında bir çox cəhətdən inkişafa doğru hərəkət edən dövr
hesab edilir. Bu əsrdə ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetinin
yaranması tarixi hadisə kimi mədəniyyətimizin səhifəsinə qızıl hərflərlə
yazıldı. Qəzetin fəaliyyəti iki illik bir tarixi əks etdirsə də artıq tam bir əsr
yarım vaxtdır ki, o insanların xatirəsində ilk milli qəzet olaraq yaşayır.
Qəzetin bağlanmasından sonra H.b.Zərdabi və digər ziyalılarımız nə qədər
çalışsalar da qəzetin fəaliyyətinin bərpasına nail ola bilmədilər. Lakin digər
qəzetlərimizin nəşr olunması H.b.Zərdabi üçün bir təskinlik oldu. Sonrakı dövrlərdə
Azərbaycan ziyalılarının iştirakı və köməkliyi ilə ardıcıl olaraq “Ziya”,
sonralar “Ziyayi Qafqaziyyə” (1879-1884), “Kəşkül” (1883-1891), “Kaspi”
(1881-1919), “Şərqi-rus” (1903-1905), “Həyat” (1905-1906), “Açıq söz”
(1915-1918), “Təzə həyat” (1907-1908), “Füyuzat” (1906-1907), “Şəlalə”
(1913-1914), “Dirilik” (1914-1916) kimi yeni qəzet və jurnallar nəşrə başladı.
“Əkinçi” qəzetinin
bağlanmasından sonra Həsən bəy Zərdabiyə qarşı minbir hiylə və oyunlar qurulsa
da o, ruhdan düşmədi. Sonrakı fəaliyyətini “Həyat”, “İrşad”, “Şərqi-rus”,
“Kaspi”, “Novoye obozreniye” qəzetlərində və “Dəbistan” jurnalında davam
etdirdi.
H.b.Zərdabi 1906-cı ildə “Həyat”
qəzetində yazırdı: “Hər kəsi çağırıram-gəlməyir, göstərirəm-görməyir, deyirəm-qanmayır.
Belədə qəzeti çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə
yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç
olmaz ki, doğru sözlər yerində qalsın. Hər ildə on qəzet oxuyandan birisi
oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını
kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub
aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun
doğru olmağı aşkar olar”.
Mətbuatımızın ilk qaranquşu adlanan “Əkinçi” qəzetinin hər il iyulun
22-də Milli Mətbuat və Jurnalistika Günü
kimi qeyd olunması mühüm hadisədir. H.b.Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə
sıx bağlıdır. 

Tariximizdə ilk milli mətbu orqanı olan “Əkinçi” qəzeti 1875-ci il 22 iyul tarixində işıq üzü görmüşdür. Azərbaycan türkcəsində nəşr olunan ilk milli qəzetimizin yayımlanması o dövrün ziyalılarının qarşısında duran ən vacib və çətin məslələrdən biri idi.
XIX əsrin ikinci yarısına qədər bir çox ölkələrdə dövri mətbuat inkişaf etsə də, Azərbaycanda bu sahədə ləngimə var idi. XIX əsrin ikinci yarısından sonra maarif və mədəniyyətin inkişaf etməsi başlandı. Bu o dövrün mütərəqqi fikirli, görkəmli və ziyalı şəxsiyyətlərinin səyi nəticəsində oldu. Maarifin inkişafa doğru getməsi təhsildə də özünü göstərməyə başladı. Belə ki, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsi böyük hadisə idi.
Mətbuatımızın güzgüsü adlandırılan “Əkinçi” qəzetinin bu il 150 yaşı qeyd olundu. Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bayram kimi qeyd olunan bu gün təkcə mətbuat nümayəndələri üçün deyil, bütünlükdə Azərbaycan üçün ən dəyərli günlərdəndir. Cəmi 56 sayı dərc olunan qəzetin yaranmasının təşəbbüskarı, təsisçisi və redaktoru görkəmli alim Həsən bəy Zərdabi olmuşdur. Çox haqlı olaraq H.b.Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetini milli mətbuatın bayraqdarı adlandırırlar. Qəzet ayda iki dəfə olmaqla 300-400 tirajla dərc edilirdi. Bu qəzetin nəşri 1875-1877-ci illəri əhatə etsə də, onun təsirinin gücü Azərbaycanda milli mətbuatın yaranmasına səbəb oldu.
Həsən bəy hələ 1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə ana dilimizdə mətbuat orqanının olmasını arzulayırdı. Həsən bəy Zərdabi milli qəzetimizin nəşri üçün on beş ilə yaxın mübarizə aparmış və nəhayət arzusunu gerçəkləşdirməyi bacarmışdı.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyula təsadüf etdiyindən həmin tarix hər il Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı təmin olunmuşdur, çoxlu sayda qəzet və jurnalların nəşri ilə yanaşı internet qəzetçilik də inkişaf etməkdədir. İnformasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrümüzdə Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
“Əkinçi” qəzetinin ilk milli mətbuat olması Azərbaycanda jurnalistika sahəsində gələn nəslin formalaşmasına, peşə prinsiplərinin və ana dilimizin inkişafına səbəb oldu. “Əkinçi” milli mətbuat tariximizin başlanğıcı və ilk cığırı oldu. Bu mətbuat orqanından sonra bir çox milli qəzet və jurnalların yaranmasına maraq artdı. Bir-birinin ardınca yaranan yeni dövri mətbuatın hər biri Azərbaycanın tərəqqisinə, maariflənməsinə və daha da inkişaf etməsinə təkan verirdi. Təbii ki, bu inkişafın əsasında Avropanın elmi yeniliklərindən bəhrələnmək və oxucuları bu yeniliklərlə tanış etmək, ədəbiyyat və mətbəə işlərində irəliləyişlərə nail olmaq dayanırdı.
XIX əsr milli mətbuatımızın yarandığı dövr olsa da, çar hökumətinin müstəmləkəçilik siyasəti ziyalılarımıza mane olurdu. Yeddi il yazışmadan və çəkişmədən sonra qəzetin nəşrinə icazə almaq mümkün olur. Dövlət dəstəyi olmadan qəzetin nəşri mümkün deyildi. Buna görə H.b.Zərdabi maliyyə vəsaiti topladıqdan sonra Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edir. H.b.Zərdabi öz yazılarında: “Mən ona fərzimi deyəndən sonra, məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyun ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul etsin. Bu tövr ərizə verib icazə aldım” deyə, – qeyd etmişdir.
İlk milli mətbuatımız olan “Əkinçi”nin bu adla meydana gəlməsi əslində çar rejiminin fikrini qəzetdə gedəcək mövzulardan yayındırmaq məqsədi güdürdü. Çünki, mövhumatın və cəhalətin hökm sürdüyü bir vaxtda cəmiyyətin cəhalətdən oyanmasına, təhsilə cəlb olunmasına, söz azadlığından və öz hüquqlarından necə istifadə edə biləcəklərinə, maariflənməsinə çağırış edəcək belə bir mətbuat orqanının olması çox vacib idi. Bu səbəbdən qəzeti siyasətdən uzaq olan mətbu orqanı kimi göstərsələr də, məqalələrdə tamam başqa məsələlər işıqlandırılırdı. Qəzet ölkədə gedən ictimai-iqtisadi, sosial problemləri işıqlandırdıqca, qəzetə olan maraq da artırdı.
“Əkinçi” təkcə Azərbaycanda deyil, bütünlükdə Zaqafqaziyada, Gürcüstanda, Dağıstanda, Mərkəzi Asiyada, hətta uzaq Sibirdə geniş əks-səda doğurdu. Bu səbəbdən çar idarəçiliyi qəzeti nəzarətdə saxlamağa başladı. “Əkinçi” qəzeti nəşrə başlayan vaxtdan xeyli əvvəl Bakıda rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri ilə yanaşı, qəzet və jurnalları da fəaliyyət göstərirdi. Belə bir vəziyyətdə milli qəzetin nəşrə başlamasının nə qədər çətin və məsuliyyətli olduğu məlum idi.
“Əkinçi”nin ən əsas məqsədi Azərbaycanda hökm sürən savadsızlığın aradan qaldırılması idi. Güclü dini fanatizmin və mövhumatın mövcud olduğu bir ölkədə bunun nə qədər çətin olduğunu, bəzi hallarda isə bunun mümkünsüzlüyünü görən və dərk edən ziyalı təbəqənin üzvləri bu yolda birləşərək səy göstərirdilər. Təhsilin inkişafına tamamilə əks fikirdə olan ruhani dairəsinin mövhumatçı mollaları insanları bu yoldan çəkindirmək üçün var qüvvələri ilə çalışırdılar. Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını davam və inkişaf etdirən Zərdabi isə xalqın savadlanmasını, təhsil almasını, xalqa demokratik azadlıq verilməsini arzulayırdı. Bunun üçün ən əsas insanları maarifləndirmək və bu yolla istəklərə nail olmaq olardı.
H.b.Zərdabi yazırdı: “...Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbələrdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər”.
“Əkinçi”nin mollalara və ruhanilərə ünvanladığı sərt yazıları onların iç üzünü açır, insanlara bu cür fırıldaqçıların toruna düşməməyi tövsiyə edirdi.
H.b.Zərdabi “Əkinçi” vasitəsi ilə əkinçiliyin inkişafına da kömək edən çoxlu materiallar dərc edərək, əkinçilik və maldarlıqla məşğul olanları maarifləndirməyə çalışırdı. Əslində “Əkinçi” qəzeti cəmiyyətin inkişaf və tərəqqisi üçün hərtərəfli yeniliklərlə fəaliyyət göstərən mətbuat orqanı idi. Bu qəzetin ən gözəl xüsusiyyəti o idi ki, qəzet təkcə Azərbaycanda yaşayan həmvətənlərimizin deyil, Vətəndən uzaqda yaşayanların da yazılarını dərc edirdi. Bu da qəzetin oxucularının tərəqqi və inkişafı üçün ən vacib vasitə idi. Moskvadan Nəcəf bəy Vəzirov, Tiflisdən Mirzə Fətəli Axundzadə, Dərbənddən Heydəri, Şamaxıdan Seyid Əzim Şirvani və Məmmədtağı Əlizadə Şirvani qəzeti yazıları ilə işıqlandıran ziyalılar idilər.
XIX əsrin sonu – XX əsrin əvvəli Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında bir çox cəhətdən inkişafa doğru hərəkət edən dövr hesab edilir. Bu əsrdə ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetinin yaranması tarixi hadisə kimi mədəniyyətimizin səhifəsinə qızıl hərflərlə yazıldı. Qəzetin fəaliyyəti iki illik bir tarixi əks etdirsə də artıq tam bir əsr yarım vaxtdır ki, o insanların xatirəsində ilk milli qəzet olaraq yaşayır.
Qəzetin bağlanmasından sonra H.b.Zərdabi və digər ziyalılarımız nə qədər çalışsalar da qəzetin fəaliyyətinin bərpasına nail ola bilmədilər. Lakin digər qəzetlərimizin nəşr olunması H.b.Zərdabi üçün bir təskinlik oldu. Sonrakı dövrlərdə Azərbaycan ziyalılarının iştirakı və köməkliyi ilə ardıcıl olaraq “Ziya”, sonralar “Ziyayi Qafqaziyyə” (1879-1884), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-rus” (1903-1905), “Həyat” (1905-1906), “Açıq söz” (1915-1918), “Təzə həyat” (1907-1908), “Füyuzat” (1906-1907), “Şəlalə” (1913-1914), “Dirilik” (1914-1916) kimi yeni qəzet və jurnallar nəşrə başladı.
“Əkinçi” qəzetinin bağlanmasından sonra Həsən bəy Zərdabiyə qarşı minbir hiylə və oyunlar qurulsa da o, ruhdan düşmədi. Sonrakı fəaliyyətini “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Novoye obozreniye” qəzetlərində və “Dəbistan” jurnalında davam etdirdi.
H.b.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində yazırdı: “Hər kəsi çağırıram-gəlməyir, göstərirəm-görməyir, deyirəm-qanmayır. Belədə qəzeti çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerində qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar”.
Mətbuatımızın ilk qaranquşu adlanan “Əkinçi” qəzetinin hər il iyulun
22-də Milli Mətbuat və Jurnalistika Günü
kimi qeyd olunması mühüm hadisədir. H.b.Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə
sıx bağlıdır.