“Şəhidlərimizin
əziz xatirəsi
xalqımızın qəlbində əbədi yaşayacaq”.
Azərbaycan
Respublikasının Prezidenti,
Ali Baş Komandan
İlham Əliyev
Mil-Muğan
Regional Mədəniyyət Şöbəsi Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi
Kitabxanası “Əbədiyaşar şəhidlərimiz” silsiləsi çərçivəsində 44 günlük Vətən
müharibəsinin 24-cü günündə şəhidlik zirvəsinə uçalan və əbədiyyətə qovuşan
Fuad Məmmədovun həyatına, qısa ömrünə və döyüş yoluna həsr olunmuş videoçarx
hazırladı.
Videoçarx
Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Məhriban
Əliyevanın şəhidlər və onların əbədi xatirəsi haqqında sitatlarla başlayır.
Daha
sonra izləyiçilərə şəhid Fuad Məmmədov haqqında qısa məlumatlar verilir. Qeyd
olunur ki, Fuad Valeryeviç Məmmədov 1998-ci il avqustun 01-də Bakıda, hərbi dənizçi
– ehtiyatda olan dəniz zabiti ailəsində dünyaya gəlmişdir.
Kim
bilirdi ki, bu şirin və şıltaq körpənin
taleyinə şəhidlik səhifəsi yazılıb. 22
il 2 ay 20 gündən sonra doğma Vətəninin torpaqlarını düşmən taptağından azad edərkən
Fuad şəhidlik zirvəsinə ucaldı.
Fuad
əbədiyyətə qovuşandan sonra Azərbaycanın Xalq artisti Emin Ağalarov onun valideynlərinə müraciət edərkən
xatırlayırdı: “O, həqiqətən işiqlı və müsbət bir insan, son dərəcə çalışqan bir
şəxs idi və tezliklə bizim böyük, mehriban komandamızın bir hissəsinə çevrildi.
O, təşəbbüskar, əltutan və etibarlı insan idi. Onun xatirəsi daim əziz
tutulacaq! Fuad əsl qəhrəmandır”.
Fuadın
qəhrəmanlıq yolu Füzuli və Cəbrayıldan keçdi. O, üç həftə yarım ərzində döyüş əməliyyatlarında
iştirak etdi.
Əsgər Fuad Məmmədov son döyüşünü
Xocavənd yaxınlığında xüsusi təyinatlı bölmənin tərkibində apardı. Bura ağır və
qanlı döyüşlərin getdiyi əsas döyüş istiqamətlərindən biri idi. Xocavənddə qəhrəmancasına
şəhid olan Fuadın həyat yolu başa çatdı. O, Suqovuşanın azad edilməsi uğrunda
gedən döyüşlər zamanı snayper atəşi nəticəsində 21 oktyabr 2020-ci ildə Xocavənd
istiqamətindəki qanlı döyüşdə qəhrəman olaraq şəhidlik zirvəsinə ucaldı.
İzləyicilərə
Fuad Məmməduvun təltifləri təqdim edilir.
Şəhidimiz
Fuad Məmmədovun məzarı Bakının Zığ qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığının Şəhidlər
Xiyabanındadır.
Fuadın
şəxsi əşyaları Azərbaycan Mülki Aviasiya Muzeyində saxlanılır. İzləyicilərə şəhid
Fuad Məmmədov haqqında qısa videomateriallar və fraqmentlər təqdim edilir.
Videoçarx
Nigar Camalın və əməkdar artist Aygün Bəylərin ifasında “Şəhidlər”, habelə Ülkər
Əliyevanın ifasında “Zəfər bayramı” mahnıları ilə müşaiyət olunur.
Videoçarxın
ideya müəllifi “Vışka” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mədinə Həsənova,
tərtibçilər Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova və Ucar rayon MKS-inin
direktoru Bəsirə Abbasovadır. Videoçarxı hazırladı Sevda İsmayılova, redaktor
Aynur Əliyevadır.
Videoçarx
Ucar rayon MKS-inin YouTube kanalında yerləşdirilib.