1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın əməkdaşı Rəşid Eyvazovun rəsm sərgisi açıldı.
Rəşid Eyvazov Azərbaycan Texnologiya Universitetini bitirib. Həvəskar rəssamdır. O, səkkiz yaşından rəsm çəkməyə başlamış və bir çox müsabiqələrdə iştirak etmişdir. Asudə vaxtlarında rəsm çəkməyi, rənglərin dili ilə danışmağı çox sevir. Çəkdiyi rəsmlər onun daxili dünyasının aynasıdır.
Sərgidə R.Eyvazovun “Yasəmənli natürmot”, “Payız çələngi”, “Eşqlə dolu qu quşu”, “Həyat gözəldir”, “Qara dəniz mənzərəsi” rəsmləri maraqla qarşılandı.
Sərgi bir ay davam edəcək