Bakı Şəhər
Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, AYB-nin və Mahmud Kaşqari adına
Beynəlxalq Fondunun təşkilatçılığı ilə yazıçı-publisist, politoloq, M.Ş.Vazeh
adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin ədəbi-bədii formatda
yaradıcılıq gecəsi keçirildi. AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
sədri, tənqidçi-esseist Əsəd Cahangir müəllifi təbrik etdi və bildirdi ki,
xalqlar arasında mədəni əlaqələrin genişlənməsində ədəbiyyatın, sözün, şeirlərin
böyük rolu var. Poeziya, ədəbiyyat sülhün rəmzi olmuşdur.Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət
işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çoxsaylı kitabların, qəzet
və jurnalların müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadənin yaradıcılıq
yolundan ətraflı məlumat verərək qeyd etdi ki, R.Mirzəzadə yaradıcılığa
başlayanda yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin yaradıcılığına
müraciət edib. Və müəllif ilhamlanaraq bu yola çıxıb və çoxsaylı kitablar yazıb.
O qeyd etdi ki, R.Mirzəzadənin yaradıcılığının böyük hissəsi rus klassiklərinin
həyat və yaradıcılığının araşdırmasına həsr olunub.Xalq yazıçısı Natiq Rəsulzadə çıxışında Reyhan
Mirzəzadənin çox çətin işin öhdəsindən gəldiyini dedi. Xalq yazıçısı qeyd etdi
ki, S.Yeseninin həyat və yaradıcılığından yazmaq asan iş deyil. Çünki, onun
yaradıcılığı çoxşaxəlidir. O bildirdi ki, Əliağa Kürçaylı S.Yesenini tərcümə edəndə
mən də onunla birlikdə işlədim.Xalq yazıçısı Çingiz Abdullayev Reyhan Mirzəzadəni
təbrik etdi və S.Yeseninin xatirəsini yad etdikləri üçün hamıya təşəkkür etdi.Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin
birinci katibi Pavel Kuznetsov tədbir iştirakçılarını salamladı və R.Mirzəzadənin
gördüyü işləri təqdirəlayiq hesab etdi. S.Yeseninin həyatı və yaradıcılığı
haqqında qısa məlumat verdi.Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı Səfirliyinin baş müşaviri Valeri Korçagin bu cür tədbirlərin əhəmiyyətindən
danışdı.Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının
direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev tədbirin təşkilatçılarına təşəkkür
etdi və S.Yesenin haqqında məlumat verdi.Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix
Yevdayev tədbir iştirakçılarını salamladı bildirdi ki, R.Mirzəzadə çox dərin tədqiqatçıdır.
O qeyd etdi ki, S.Yesenin Azərbaycana bağlı olub və 30 ildə ölməzlik qazanıb.Rus icmasının sədr müavini Lyubov Yakunina tədbir
iştirakçılarını salamladı, R.Mirzəzadəyə təşəkkür etdi və S.Yesenin Bakı dövrü
haqqında maraqlı məlumat verdi.Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova bildirdi ki, R.Mirzəzadə çox həvəslə,
məhəbbətlə çalışır, onun kitabları bir-birindən gözəl və professional yazılıb.
Qeyd etdi ki, dahi insanlar heç vaxt unudulmur S.Yesenin də onlardan biridir.
S.Yesenin 30 illik ömründə böyük şöhrət qazanıb, onun lirikasında səmimiyyət
var.Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin
İnformasiya təminatı sektorunun müdiri Fariz Yunisli R.Mirzəzadənin rus ədəbiyyatı
ilə bağlı apardığı araşdırmaların köklü ənənələr üzərində bərqərar olunduğunu
bildirdi. O qeyd etdi ki, onun araşdırmalarında milli qatlar var və Azərbaycan
mədəniyyətinə böyük önəm var.Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva
Reyhan Mirzəzadənin kitablarının hər birini mütaliə etdiyini dedi. Bildirdi ki,
R.Mirzəzadə araşdırmalarında sənədlərə tarixi faktlara əsaslanır. Son kitabı da
Azərbaycan milli ruhunu özündə ehtiva edən əsərdir.Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev
Ə.Vahid və S.Yeseninin görüşündən maraqlı faktlar danışdı.Tədbirin bədii hissəsində Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının aktyorları, Xalq artisti Lyudmila Duxovnaya, Əməkdar
artist Firdovsi Atakişiyev və gənc aktyor
Mirzəağa Axundzadə, “Gənc şairlər” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar
Birliyinin və Dünya Yazarlar Təşkilatının üzvü Lalə Həsənova, Məsumə Qasımova, Samirə
Şıxıyeva, Marina Kolomazova, Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasının böyük metodisti İradə Hüseynova, Nizami rayon 10 №-li tam orta məktəbin
şagirdləri Şükriyə Məmmədli, Cahid və Fəxri Ağalarovlar şeirlər söylədilər.Yaradıcılıq gecəsində Tacikistan
Respublikasının Azərbaycandakı Səfirliyinin üçüncü katibi Mehranger Sattorova, şair
və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri
iştirak etdilər.