metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-06-21

Yasamal rayon MKS-inin əməkdaşları Şəkidə keçirilən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda iştirak etdilər


21 iyun tarixində Yasamal rayon MKS-inin direktoru, kitabxana filiallarının müdirləri və fəal oxucular Ş.Arzudovum, M.Əliyeva, L.Əliyeva, V.Hüseynzadə Azərbaycan Milli Elmlər Akademiyası, Mahmud Kaşqari adına Beynəlxalq Fond, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Şəki filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq “Bəxtiyar Vahabzadə – Türk dünyası dil, tarix, vətənpərvərlik və ədəbiyyat (Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik)” mövzusunda konfransda iştirak etdilər.

Konfrans çərçivəsində B.Vahabzadənin ev-muzeyinə ekskursiya təşkil olundu.

Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovaya 7-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və ədəbiyyat Konfransında (Bəxtiyar Vahabzadə vətənpərvərlik və millilik) iştirakına görə sertifikat təqdim olunmuşdur.