Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsinin yekun turu keçirildi.
Müsabiqədə kitabxana filiallarının oxucuları iştirak etmişdirlər. Müsabiqənin yekun mərhələsinə 4 oxucu, final mərhələsinə isə 2 oxucu çıxa bilmişdir. 150 №-li tam orta məktəbin 5-ci sinif şagirdi Zeynəb Kazımlı şairin “Ömür” şeiri, 225 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Nəzrin Bayramova “Ana hədiyyəsi” şeiri, 302 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Fatimə Həsənova “Yalan dünya” şeiri, 149 №-li tam orta məktəbin 5-ci sinif şagirdi Fatimə Baxşıyeva “Bu necə dünyadır?” şeiri ilə çıxış edərək müsabiqənin qalibi olmuşdurlar.
Müsabiqənin final mərhələsinə çıxan Nəzrin Bayramova və Fatimə Baxşıyevanın videogörüntüləri kitabxananın YouTube səhifəsində yerləşdirilib:
https://youtube.com/shorts/ejumMqRL9BU?feature=share
https://youtube.com/shorts/W7cLVZ50GGI?feature=share