metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-04-28

Xalq artisti Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində Azərbyacanın Xalq artisti, görkəmli aktrisa, gülüş ustası, Azərbaycan Dövlət Mükafatı Laureatı Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı.

Videoçarx Umummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayır. Sonra Xalq artistinin ömür yolu və yaradıcılığı haqqında məlumat verilir. Bildirilir ki, Cənnət xala, Nargilə, Züleyxa və s. rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləridir.

Videoçarxda N.Zeynalovanın mükafatları, orden və medalları, filmoqrafiyası, çəkildiyi filmlərdən fraqmentlər də izləyicilərə təqdim olunur.