Bu məqaləmdə windows 10 sistemi olan kompüterinizi necə sürətləndirə bilərsiniz onları siyahı şəklində yazacam. Siyahıdakı rəqəmləri hər birini edədə bilərsiniz, bir neçəsinidə edə bilərsiniz. Xəbərdarlıq kimi əvvəlcədən bildirim kompüterinizə dəyə biləcək hər hansı bir zərərə görə sayt və mən məsuliyyət daşımıram.
- Bu yol həm rahat həmdə effektiv yoldur. İlk öncə masaüstündə ola bildiyincə az fayl(qısayol) saxlayın. Daha sonra başlat (pusk) menyusunda axtarışda %temp% yazıb axtarın.Qarşınıza çıxan temp qovluğuna girin. Ordakı bütün faylları seçib silin. (Narahat olmayın bunlar istifadə elədiyiniz proqramların o anlıq keş məlumatlarıdı).Əgər qarşınıza aşağıdakı kimi bir seçim gəlsə ordakı qutucuğa tik işarəsi qoyun və keç butonuna tıklayın.

- Açılışda olan gərəksiz proqramları söndürün. Bunu etmək üçün axtarışdan taskmgr.exe yazıb axtarın və çıxan ilk proqramı açın. Açılan proqramdan dördüncü tabı yəni başlanğıc tabını seçin. Ordan sizə açılışda gərəkməyən proqramları seçib deaktiv edin.

- Axtarışdan msconfig.exe yazıb axtarın. Qarşınıza çıxan ilk proqramı açın.İkinci taba yəni, önyükləmə tabına keçin. Təkmilləşmiş seçimlər butonunu tıklayın. Prosessorların sayı yazılan yerə tik qoyun və seçənəklərdən ən sonda hansı rəqəmdisə onu seçim və olduya tıklayın.


İndilik bu qədər. Əgər bunula əlaqədar hər hansı bir problem olarsa, şərhlərdə soruçmaqdan çekinməyin. Sonrakı məqaləmə qədər ...