metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-08-20

Türkiyə səfiri Birol Akgün Hikmət Hacıyevlə görüşdü


Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

"Mətbuat xəbərləri" “Tezadlar”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.