Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi”
layihəsi çərçivəsində videoçarx hazırlandı.
Videoçarx XIX əsr Azərbaycan şairi, pedaqoq,
maarifçi və tərcüməçi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən
hazırlanıb.
Videoçarx Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Videoçarxda Seyid Əzimin həyatı
və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verilir. Qeyd
olunur ki, S.Ə.Şirvani
1869-cu ildə Şamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər bu məktəbə
rəhbərlik edir. Onun
şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq
Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori
seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.
Seyid Əzim
Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinə də uzun illər rəhbərlik
edir. Şair
lirik qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, satirik şeir və təmsillərində
insanları maarifə və mədəniyyətə çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli,
F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət
veriblər.
Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə
həsr olunmuş bölmə var.
Videoçarxda şairin bir neçə qəzəlləri
və qəzəlinə yazılmış mahnı səsləndirilir.
Videoçarx
kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=2s