Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı kitabxanaya yeni hekayəsini təqdim etdib.
“Qarabağ
xanlığının tək incisi Xurşidbanu Natəvan” adlı hekayəni müəllif XIX əsr Azərbaycanın
görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil
xanın nəvəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edib.
Hekayədə günü-gündən gözəlləşib Gülüstana çevrilmiş
Qarabağ torpağı bu Gülüstanın şah əsəri Şuşadan söhbət açılıb. Xan nəslinin tək
incisi, Qarabağ xanlığının sonuncu vərəsəsi “Xan qızı”na həsr olunmuş bu hekayədə
oxucular şairənin insanlığının, səxavətinin yazıçı təxəyülünün məhsulu
olan bədiiləşmiş nümunəsinin şahidi
olublar. Onun həyatı, yaradıcılığı, Vətən sevgisi hekayədə bədiiləşərək sadə
dildə oxuculara çatdırılıb.
Hekayə aşağıdakı keçiddə təqdim olunub:
https://drive.google.com/file/d/1CLDXBhbYYSnIKR0YiT_A1FNQgHGWAG18/view