Milli Məclisin
sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.
Metbuatxeberleri.com
Tezadlar.az saytına istinadən xəbər
verir.
Görüşdə
qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat,
ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər
sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli
səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham
Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir
Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq
gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.
Söhbət
zamanı S.Qafarova iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu
bildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərini xatırladıb və
həmin səfər çərçivəsində keçirdiyi görüşlərin və aparılan müzakirələrin
parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Bildirilib ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan
biridir. Spiker qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində
qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətini qeyd edib.
Görüş
üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdays iki ölkə
arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışıb, parlamentlərarası
əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Azərbaycanın
olduqca əlverişli geostrateji mövqeyi, Orta Dəhlizin fəaliyyətindəki əhəmiyyətli
rolu, yeni istiqamətlər və sahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda
keçirilmiş COP29-un əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Söhbət
zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
arasında iqtisadi, siyasi, təhsil, bərpaolunan enerji, parlamentlərarası və digər
sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın
olduğu diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.
Metbuatxeberleri.com Tezadlar.az saytına istinadən xəbər verir.
Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı S.Qafarova iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərini xatırladıb və həmin səfər çərçivəsində keçirdiyi görüşlərin və aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətini qeyd edib.
Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdays iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışıb, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyi, Orta Dəhlizin fəaliyyətindəki əhəmiyyətli rolu, yeni istiqamətlər və sahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda keçirilmiş COP29-un əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi, siyasi, təhsil, bərpaolunan enerji, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.