metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-07-29

Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfərə gəlib

İyulun 28-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankara şəhərinin beynəlxalq Esenboğa aeroportundan Qazaxıstan liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kasım-Jomart Tokayevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qarşılayıblar.