Vətənpərvər
şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının qələmi oxuculara tanışdır. O, 12
kitab müəllifidir. Bir çox əsərləri şəhidlərimizə, qazi və veteranlarımıza həsr
olunub.
Şairlər
müşahidə etməyi çox sevirlər... Onlar ailəyə, soy-kökünə bağlı olurlar. Şairin
fikrincə ailəsinə dəyər verməyən, ailəsini sevməyən insandan nə
vətəndaş, nə də dost ola bilər!
Şair üçün ilk öncə güvən ən üstün zirvədə dayanır. Ona görə də uşaqlıqdan ən çox güvəndiyi, ona həyatda arxa-dayaq olan qardaşını uca dağın zirvəsinə bənzədir. Şair bədii təşbehlərdən istifadə edir. Şeirinin adını da “Qardaş adda var dayağim” qoyub. Şair bu şeirini bütün qardaşlara, o cümlədən Qarabağ müharibələrində igidlik və qəhrəmanlıq göstərən oğullara ithaf edir.
Qardaş adda var dayağım
Göy üstündə
tutar məni
Başı qarlı uca
dağım.
Hədər ötməz
ömrün sənin,
Qardaş adda
varım mənim.
Sən güvənim, sən
varlığım,
Ata kimi sən
dayağım.
Keşiyində
övladların
Dayanıbdır
dura-dura.
Zirvədə sən məskən
qurdun,
Hamıya sən arxa
durdun.
Ədalətə bayraq
oldun,
Qəlbləri fəth
edən qardaş!
Yenilməzdir həqiqətin,
Hamıya var məhəbbətin.
Ata kimi var
qardaşım,
Həm pənahım, həm
sirdaşım.
Başı qarlı uca dağım,
Qardaş adda var
dayağım!
23 oktyabr 2026