metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-11-17

Oxuculara şanlı Zəfərimizlə bağlı yeni şeir təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Yaradıcı oxucularımız” layihəsinə kitabxananın Fəxri oxucusu, şair Esmira Günəş şanlı Zəfərimizin 5 illiyi ilə əlaqədar yeni şeir təqdim etdi.

Şeirdə Zəfəri dillərdə dastan olan Qarabağ yurdunun igid balasına, Şuşa qalasına gözaydınlığı verir. Üçrəngi bayrağımızın dalğalandığı azad torpaqlarımızda, xalqımıza hər zaman sevinclə, qürürla fəsillər yaşamağı arzulayır. E.Günəşin “Ey Vətən, Qələbən mübarək olsun!” şeiri oxuculara təqdim olunur.


Ey Vətən, Qələbən mübarək olsun!

Gözün aydın olsun Şuşa qalası,

Qarabağ yurudunun igid balası.

Zəfərin dillərdə dastana döndü,

Zirvələr başında bayraq göründü.


Üçrəgli bayrağım qalxdı göylərə,

Azadlıq nəğməmiz düşdü dillərə.

Qəhrəman oğullar yazdı tarixi,

Azad dolaşırıq indi hər yeri.


Ey Vətən, Qələbən mübarək olsun!

Səsin zirvələrdən daim duyulsun!

Duyulsun xalqımın gözəl günləri,

Qürurla yaşayaq biz fəsilləri.


Hər il ömrümüzdən qürurla keçsin,

Bizi Zəfər seçsin, azadlıq seçsin.

Daim zirvələrdə olsun bayrağım!

Zəfərin mübarək, ana torpağım!

Zəfərin mübarək, Azərbaycanım!