metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-09-25

Messi dubl etdi, komandası qalib gəldi

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 29-cu turun oyununa çıxıb.

Metbuatxeberleri.com Sabahinfo.az-a istinadən xəbər verir ki, komanda səfərdə “Nyu-York Siti” ilə qarşılaşıb. Görüşdə “İnter Mayami” 4:0 hesablı qələbə qazanıb.

Messi də bu matçda iştirak edib. 38 yaşlı hücumçu dubl etməyi də bacarıb. Digər 2 qolu isə Baltasar Rodriqes və Luis Suares vurublar.

Qeyd edək ki, hazırda “İnter Mayami” turnir cədvəlində 55 xalla 3-cüdür.