İyulun 10-da Bakıda Dənizkənarı
Milli Parkda “Opera günləri” yeni layihənin bağlanış konserti keçirildi. Tədbirin
təşkilatçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatırı və Dənizkənarı
Bulvar İdarəsi idi.
Xatırladaq ki, yeni layihəyə iyun
ayında start verildi, paytaxtın müxtəlif konsert salonlarında, Azərbaycan Milli
İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, Şirvanşahlar Sarayında və
Naxçıvanda müxtəlif operaların nümayişi, opera ulduzlarının çıxışları ilə yadda
qaldı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Fəxri və fəal
oxucuları, şəhid ailələri, veteran və qazilər, ziyalılar, KİV nümayəndələri
konserti izlədilər.
Bağlanış konserti möhtəşəm keçdi. Dəniz
kənarında, gözəl havada, açıq meydanda gözəl tərtibatlı səhnədən yüksək texniki
səviyyədə təşkil edilmiş səs keyfiyyəti və işıq effektləri ilə müşayiət olunan
bir-birindən gözəl ifaları çox böyük zövqlə izlənildi.
İfaçılar arasında Xalq artistləri
Yusif Eyvazov, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər
Ramil Qasımov, İnarə Babayeva, gözəl səslərə malik olan vokal ifaçıları gözəl çıxış
etdilər.
İki saatdan çox davam edən və əksəriyyəti
opera parçalarından ibarət olan konsertin sonuna qədər məkandan ayrılmayan və
ifaçılara alqışlarını əsirgəməyən xalqımız bununla eyni zamanda musiqi
zövqümüzün nə qədər geniş spektrə malik olduğunu bir daha nümayiş etdirdi. Bu
möhtəşəm layihənin payızda davam etdiriləcəyinin anonsu verildi.
Tədbir televiziya və KİV-lər tərəfindən
işıqlandırıldı.
Konsertin qısa
anonsu kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/shorts/SudSmtNkZMU