Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 7 ilə yaxındır ki, “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir. Gənc istedadlar bu layihədə fəal iştirak edir. Fəal oxucu, Bakı Qızlar Universitetinin III kurs tələbəsi Fəxriyyə Cəfərli kitabxanaya “Ay” və “Gizli rəssam” nağıllarını təqdim etdi.
Nağıllarda uşaqlara yaxşı oxumaq, əməyi sevmək, təbiəti qorumaq və s. xüsusiyyətlər təbliğ edilir.
Nağılları Fəxriyyə Cəfərlinin psixologiya müəllimi və elmi rəhbəri Müjkan Məmmədzadə səsləndirib.