Bakı şəhər Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən
“Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə görkəmli
mütəfəkkir Abbasqulu ağa Bakıxanovun “Məclisi-firəng”
poemasından bir parça təqdim olunur.
Qüdsi ləqəbilə Azərbaycan
ədəbiyyatında özünəməxsus iz qoymuş şair, yazıçı, tərcüməçi, alim, mütəfəkkir,
Azərbaycanın ilk tarixçisi kimi tanınan Abbasqulu ağa Bakıxanovun bədii və elmi
yaradıcılığı çoxcəhətli və misilsizdir. “Kitablar səltənətinin inciləri”
rubrikasının təqdim etdiyi “Məclisi-firəng” poemasında təcrübəsiz bir gənc zadəganın
günlərini eyş-işrətdə keçirən, sərbəst, mənasız həyat sürən ərli bir xanıma
aşiq olması, uğursuz məhəbbət iztirabları Abbasqulu ağa
Bakıxanovun qələmiylə romantik üslubda əks olunub. Bu poema müəllifin
ibrətamiz aforizmlərilə zəngindir.
Həqiqət
axtarana lazımdır möhkəm dəlil,
Haqqı
rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya
da, pisə də bir pərdə çəkilmişdir.
Özgəyə
ayıb tutmaq özü də ayıb işdir.
Təsəvvürdə,
təftişdə zənn etmə düz yoldasan,
Təkcə
sən öz əlinə arxalanmaq heç zaman.
Ağılla
dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanı
dərk edən ağıllıdır şübhəsiz.
Abbasqulu ağa
Bakıxanovun möhtəşəm “Gülüstani-İrəm” əsəri onun ən məşhur kitabı sayılır.
A.Bakıxanov və onun
irsi hər zaman hörmətlə anılacaq.
Yazıçı Şahzadə
İldırım növbəti dəfə oxuculara təqdim etdiyi videoçarxda Abbasqulu ağa Bakıxanovun “Məclisi-firəng”
poemasından bir parça səsləndirir.