Bakı şəhər Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının
icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı
mütaliə silsiləsindən izləyicilərə Azərbaycan poeziyasının istiqlal şairi Əhməd
Cavadın “Çırpınırdın Qara dəniz” şeiri təqdim olunur.
Azərbaycan
ədəbiyyatı və ictimai-siyasi fikir tarixində müstəsna yerə malik olan Əhməd Cavad (1892–1937), milli istiqlal
ideallarını poeziyaya çevirən dahi sənətkarlardandır. Əhməd Cavad
yaradıcılığında milli müstəqillik, vətənpərvərlik və türkçülük ideyaları əsas xətti
təşkil edir.
Dövlətin ən böyük əsəri
onun himnidir. Üçrəngli bayraq emblemi və üçrəngli poeziya yaddaşlara ilk və hamıdan əvvəl Əhməd Cavad qələmi ilə həkk
olunmuşdur. Qafqaz, Turan, Türk dünyasını
“Çırpınırdın Qara dəniz” şeirində şahanə üsulla vəsf edən Əhməd Cavad
Turan elinin dalğalanan bayrağına baxaraq hayqıran Qara dənizi birlik, mücadilə
eşqiylə çırpınan təsvir etmişdir.
Çırpınırdı Qara dəniz
Baxıb türkün
bayrağına.
Şeirlərlə bərabər, publisist
məqalə və nəsr əsərlərinin müəllifi olan Əhməd Cavad U.Şekspir, A.S.Puşkin,
M.Qorki, T.Q.Şevçenko, Ş.Rustaveli və b. dünya ədəbiyyatının dahilərinin əsərlərindən
tərcümələr etmişdir.
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm...
...Gəlib qızıl
vaxtın sənin,
Açılıbdır baxtın sənin...
“Çırpınırdın
Qara dəniz” poeziya ilə
musiqinin dahi vəhdətindən doğan, zamanın sınağından keçərək bu gün də dövlət səviyyəli
tədbirlərdə, rəsmi mərasimlərdə səslənən monumental bir rəmzdir. Əhməd Cavadın
bu əsəri sadəcə bir poeziya nümunəsi deyil, Azərbaycan və Türkiyə
qardaşlığının, ortaq tarixi taleyinin musiqili pasportudur.
Bir çox şeirlərinə bəstəkarlar
mahnılar bəstələnmiş və onlar bu gün də dinlənilməkdədir.
Yazıçı Şahzadə
İldırım hazırladığı videoçarxda istiqlal şairi Əhməd Cavad haqqında məlumat
verir. Şairin “Çırpınırdın Qara dəniz” şeirinə dahi bəstəkar, Xalq artisti
Üzeyir Hacıbəylinin bəstələdiyi mahnı Xalq artisti Azərinin ifasında videoçarxda
yer alır.
Bakı şəhər Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının
icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı
mütaliə silsiləsindən izləyicilərə Azərbaycan poeziyasının istiqlal şairi Əhməd
Cavadın “Çırpınırdın Qara dəniz” şeiri təqdim olunur.
Azərbaycan
ədəbiyyatı və ictimai-siyasi fikir tarixində müstəsna yerə malik olan Əhməd Cavad (1892–1937), milli istiqlal
ideallarını poeziyaya çevirən dahi sənətkarlardandır. Əhməd Cavad
yaradıcılığında milli müstəqillik, vətənpərvərlik və türkçülük ideyaları əsas xətti
təşkil edir.
Dövlətin ən böyük əsəri
onun himnidir. Üçrəngli bayraq emblemi və üçrəngli poeziya yaddaşlara ilk və hamıdan əvvəl Əhməd Cavad qələmi ilə həkk
olunmuşdur. Qafqaz, Turan, Türk dünyasını
“Çırpınırdın Qara dəniz” şeirində şahanə üsulla vəsf edən Əhməd Cavad
Turan elinin dalğalanan bayrağına baxaraq hayqıran Qara dənizi birlik, mücadilə
eşqiylə çırpınan təsvir etmişdir.
Çırpınırdı Qara dəniz
Baxıb türkün
bayrağına.
Şeirlərlə bərabər, publisist
məqalə və nəsr əsərlərinin müəllifi olan Əhməd Cavad U.Şekspir, A.S.Puşkin,
M.Qorki, T.Q.Şevçenko, Ş.Rustaveli və b. dünya ədəbiyyatının dahilərinin əsərlərindən
tərcümələr etmişdir.
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm...
...Gəlib qızıl
vaxtın sənin,
Açılıbdır baxtın sənin...
“Çırpınırdın
Qara dəniz” poeziya ilə
musiqinin dahi vəhdətindən doğan, zamanın sınağından keçərək bu gün də dövlət səviyyəli
tədbirlərdə, rəsmi mərasimlərdə səslənən monumental bir rəmzdir. Əhməd Cavadın
bu əsəri sadəcə bir poeziya nümunəsi deyil, Azərbaycan və Türkiyə
qardaşlığının, ortaq tarixi taleyinin musiqili pasportudur.
Bir çox şeirlərinə bəstəkarlar
mahnılar bəstələnmiş və onlar bu gün də dinlənilməkdədir.
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda istiqlal şairi Əhməd Cavad haqqında məlumat verir. Şairin “Çırpınırdın Qara dəniz” şeirinə dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin bəstələdiyi mahnı Xalq artisti Azərinin ifasında videoçarxda yer alır.