Bakı
Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanının
alman dilinə tərcümə edilməsinin və onun Avropada ilk nəşrinin 210 illiyinə həsr
olunmuş videoçarx hazırlanıb.
Videoçarxda
Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı haqqında sitatları,““Kitabi-Dədə
Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.
Xalq
artistləri bəstəkarlar Emin Sabitoğlunun “Dədə Qorqud” filmində səslənən
“Bayram şənliyi” və Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən musiqiləri ilə
müşayiət olunan videoçarxda alman şərqşünası Fridrix fon Ditsin “Kitabi-Dədə
Qorqud” haqqında ilk dəfə 210 il əvvəl məlumat verdiyi bildirilib.
Videoçarx
kitabxananın YouTube kanalında təqdim olunub: