metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2021-06-09

Işinizə yaraya biləcək veb saytlar - 1

Bu məqaləmdə işinizə yaraya biləcək veb saytları araşdırıb yığmışam. Əgər ikinci hissənin gəlməyini istəyirsinizsə şərhlərdə qeyd edin. Vaxt itirmədən başlayaq.

Adı Məqsədi Link
1 Remove bg Sayta yüklədiyiniz şəkilin arxa fonunu tamami ilə silir və sizə lazım olan obyekti şəffaf formada verir. https://remove.bg
2 Pixabay Saytda 2.3 milyondan çox pulsuz yüksək keyfiyyətli şəkilləri yükləməyə və istədiyiniz yerdə (reklamda, biznes afişlərində və s.) istifadə etməyə icazə verir. https://pixabay.com
3 The useless web Saytda "PLEASE" butonuna tıkladıqda hər dəfə fərqli və maraqlı veb saytlara göndərir. Səmərəli vaxtınızı əyləncəli keçirmək üçün bir üsuldur. https://theuselessweb.com
4 Voscreen Bu sayt vasitəsi ilə ingilis dilində "listening" biliklərinizi gücləndirə bilərsiniz. Sayt sizə filmlərdən hissələr verərək orda eştdiyinizi seçməyinizi istəyir. https://voscreen.com
5 waifu2x Bu sayt yüklədiyiniz şəkillərin keyfiyyətini artıraraq ola biləcəyi ən yüksək keyfiyyətdə yükləməyinizə icazə verir. http://waifu2x.udp.jp

Bu məqaləlik bu qədər. Yuxarıdada dediyim kimi əgər bu bloqun ardının gəlməsini istəyirsinizsə şərhlərdən bunu bildirin. Bir sonrakı məqaləmə qədər...