Uşaq yazıçısı Gülzar İbrahimovanın nağılları həm çox maraqlıdır, həm də usaqlara çox şey öyrədir. Nağıllarında elə gözəl personajlar olur ki, adam istər-istəməz onları tanımaq, onlarla dost olmaq istəyir.
Gülzar nənə nağıllarında uşaqlar mehriban olur, bir-birinə kömək edir, yalan danışmırlar, heyvanlara qarşı çox qayğıkeş və mərhəmətlidilər. Usaqlar da qərara gəlirlər ki, onlar mehriban və yaxşı uşaq olmalıdırlar.
Gülzar nənə bizə deyir ki, dostluq çox vacibdir. Əgər dostun çətinlikdədirsə, onu tək qoymaq olmaz. Uşaqlar bir-birini sevməli və başa düşməlidirlər. Onun nağıllarında hətta heyvanlar da bir-birinə kömək edirlər.
Gülzar nənə həm də təbiəti sevməyi öyrədir. Nağıllarında çiçəklər, quşlar, meşə, günəş o qədər gözəl təsvir olunur ki, adam istəyir dərhal gedib ağaclara sarılsın, meşədə yaşasın. Uşaqlar təbiətə zərər verməməyi öyrənirlər, çünki bilirlər ki, təbiət də canlıdır.
O, həm də uşaqlara yaxşı insan olmağın nə demək olduğunu göstərir. Yalan danışmaq, başqalarını incitmək olmaz! Uşaqlar böyüklərə hörmət etməli, kiçiklərə qayğı göstərməlidirlər. Bunlar hamısı Gülzar nənənin nağıllarında var.
Uşaqlar onun nağıllarını oxuyanda həm sevinirlər, həm də öyrənirlər. Ona görə də onlar Gülzar İbrahimovanı çox sevirlər. İstəyirlər ki, onun kimi ağıllı və yaxşı insan olsunlar.
Nəzrin Məmmədova
Qərbi Kaspi Universitetinin tələbəsi