metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-02-12

Görkəmli yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində görkəmli yazıçı, dramaturq, ictimai xadim, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin 160 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı.

Videoçarxda yazıçının həyat və yaradıcıllığı, yazdığı əsərlər, “Molla Nəsrəddin” jurnalı və ev muzeyləri haqqında məlumatlar nümayiş olunur. Videoçarxda Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə çəkilmiş Xalq artisti Tofiq Tağızadənin “O dünyadan salam” filmindən qısa fraqment izləyicilərə təqdim olunur.