metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-09-02

Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görməyə ümid edir.

Metbuatxeberleri.com Sabahinfo.az saytına istinadən xəbər verir ki, Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb: "Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik".

Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri konyunktur problemlərin təsirinə məruz qalmadan inkişaf edir.