metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-12-22

Azərbaycanlı şahmatçı BƏƏ-də keçirilən turnirdə qalib gəlib

Metbuatxeberleri.com Azpress.az saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Grandmasters Chess" beynəlxalq şahmat turniri başa çatıb.

Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, yarışda Azərbaycan təmsilçisi Fərid Mustafayev qalib gəlib. O, həlledici final mərhələsində həmyerlisi Əli Nağıyevi məğlub edib.

Səkkiz xalla Mustafayev inamla birinci yeri tutub və BƏƏ və Gürcüstandan olan oyunçuları geridə qoyub.