2001-ci il avqustun
9-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən hər il
avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bayram kimi
qeyd edilir.
Bu gün dünyada 50
milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin
olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya
olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Ana dilin hərtərəfli
inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən
mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi
deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli
adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz
Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla
bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bu gün
yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ana dilində gənclərə iki şeir
ünvanlayıb: “Eşqim” və “Gənclik”.
Şair gənclik illərində
yaşanan saf, təmiz, bir hissiyyatla yaşanan duyğuları “Eşqim” şeirində əks etdirir. Şair sevgisiz həyatı cəhənnəmə
bənzədərək oxucuya sual verir: “Sənsiz cənnət olsa mənə bu aləm de nəyimə
gərək? Səninlə cəhənnəm cənnətdir mənə...”
“Gənclik” şeirində şair deyir: “Eşqim gedən qatar
geriyə dönmür! Bu gənc yaşda itib mənim gəncliyim”. Müəllif hər iki şeirində gənclərə
sahib olduqları saf sevgiyə dəyər verməyi, onu zamanında qiymətləndirməyi
tövsiyə edir.
Şeir poeziyasevərlərə təqdim edilir.