metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-10-08

“Ucadan oxu” təşkil edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 94 nömrəli Körpələr evi-uşaq bağçasında Hans Xristian Andersenin “Noxud üstündə yatan şahzadə qız”, “Kralın yeni paltarları” nağıllarının 190 illiyi ilə əlaqədar “Ucadan oxu” təşkil etdi.

Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova və şöbənin əməkdaşı Vəsilə İsgəndərova balaca fidanlara H.X.Andersenin uşaqlar tərəfindən sevilən nağıllarını oxudular.

Uşaqlara nağıl kitablarının oxunması onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır, kitaba və kitabxanaya marağını artırır.