Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №-li kitabxana
filialı Beynəlxalq
Azərbaycan Muğamı Günü və Laçın şəhəri günü ilə əlaqədar Yasamal rayon Şəhidləri
Xatirə Kompleksində tədbir keçirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin
səsləndirilməsi ilə başladı, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabxana filialının müdiri Kamilə Novruzova bədii-musiqili
tədbirin iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan muğamına göstərdiyi qayğıdan
danışdı.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət
işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova
bildirdi ki, bu gün bayram bayrama qovuşub. O qeyd etdi ki, Azərbaycan muğamı qədim
tarixə malikdir və muğamımızın dünyada tanınmasında Mehriban Əliyevanın böyük
xidmətləri olmuşdur. O, muğamın YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni
irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi haqqında məlumat verdi.
Bədii-musiqili tədbirin aparıcıları Günel Mirzəyeva
və Taleh Zəngilanlı bildirdilər ki, 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü
ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis
olunub. Azərbaycan muğamının təbliğində Mehriban Əliyevanın fəaliyyəti və Azərbaycan
muğamının tarixi haqqında qısa məlumat verildi.
Şairlər Aytəkin Mehmanqızı və Hicran Əhmədli Azərbaycan
muğamını dünyada təbliğ edən Mehriban Əliyevanın xeyirxah əməllərindən danışdılar
və ona ithaf etdikləri şeirlərini səsləndirdilər.
Tədbirdə şair Aləmzar İlay Laçın şəhəri günü ilə
əlaqədar “Laçınım” şeirini söylədi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri
oxucusu, pedaqoq Zenfira Nusalova tədbir iştirakçılarını salamladı və bildirdi
ki, Azərbaycan muğamı bəşəriyyətin incisidir.
Tədbir iştirakçıları Yasamal rayon MKS-inin təşəkkürnamələri
ilə təltif olundular. Təşəkkürnamələri şəhid anası, qazi və veteranlar, şair və
yazıçılar təqdim etdilər.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq
müsabiqələr laureatları, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları muğam
ustası, xanəndə, Maya Cəbrayılova muğamlar, müğənni-vokalçı İslam Qasımov “Azərbaycan”,
gənc müğənni Taleh Zəngilanlı “Yaşa Azərbaycan!”, “Azərbaycan
elimdir”, Günel
Tunar “O Mehribandır”, “Qarabağın maralı”, 54 №-li məktəbin
şagirdləri Nigar və Əziz Heydərli “Qarabağ şikəstəsi”ni, “Bahar olsun”, Nihad Nəsirli
“Cənnətim Qarabağ”, Seymur Nuriyev “Şən Azərbaycan”, Ağacan Cabbarlı “Vur
igidim”, Fatimə Baxşıyeva “Arazbarı” muğam və mahnılarını ifa etdilər. “İncə bellim” mahnısını qarmonda Sadiq Səmədov,
sazda İkram Əliyev ifa etdilər.
Tarda Azərbaycan Milli Konservatoriyasının tələbəsi
Poladxan Baxşıyev, nağarada 24 №-li 11 illik musiqi məktəbinin müəllimi Orxan
Mehdiyevin müşayiəti ilə şair Tubu İman B.Vahabzadənin “Muğam” poemasından parçalar
səsləndirdi.
Tədbirdə qazi və veteranlar, şəhid ailələri,
şair və yazıçılar, KİV nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, geniş
ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №-li kitabxana filialı Beynəlxalq Azərbaycan Muğamı Günü və Laçın şəhəri günü ilə əlaqədar Yasamal rayon Şəhidləri Xatirə Kompleksində tədbir keçirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabxana filialının müdiri Kamilə Novruzova bədii-musiqili tədbirin iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan muğamına göstərdiyi qayğıdan danışdı.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova bildirdi ki, bu gün bayram bayrama qovuşub. O qeyd etdi ki, Azərbaycan muğamı qədim tarixə malikdir və muğamımızın dünyada tanınmasında Mehriban Əliyevanın böyük xidmətləri olmuşdur. O, muğamın YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi haqqında məlumat verdi.
Bədii-musiqili tədbirin aparıcıları Günel Mirzəyeva və Taleh Zəngilanlı bildirdilər ki, 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Azərbaycan muğamının təbliğində Mehriban Əliyevanın fəaliyyəti və Azərbaycan muğamının tarixi haqqında qısa məlumat verildi.
Şairlər Aytəkin Mehmanqızı və Hicran Əhmədli Azərbaycan muğamını dünyada təbliğ edən Mehriban Əliyevanın xeyirxah əməllərindən danışdılar və ona ithaf etdikləri şeirlərini səsləndirdilər.
Tədbirdə şair Aləmzar İlay Laçın şəhəri günü ilə əlaqədar “Laçınım” şeirini söylədi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, pedaqoq Zenfira Nusalova tədbir iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan muğamı bəşəriyyətin incisidir.
Tədbir iştirakçıları Yasamal rayon MKS-inin təşəkkürnamələri ilə təltif olundular. Təşəkkürnamələri şəhid anası, qazi və veteranlar, şair və yazıçılar təqdim etdilər.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatları, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları muğam ustası, xanəndə, Maya Cəbrayılova muğamlar, müğənni-vokalçı İslam Qasımov “Azərbaycan”, gənc müğənni Taleh Zəngilanlı “Yaşa Azərbaycan!”, “Azərbaycan elimdir”, Günel Tunar “O Mehribandır”, “Qarabağın maralı”, 54 №-li məktəbin şagirdləri Nigar və Əziz Heydərli “Qarabağ şikəstəsi”ni, “Bahar olsun”, Nihad Nəsirli “Cənnətim Qarabağ”, Seymur Nuriyev “Şən Azərbaycan”, Ağacan Cabbarlı “Vur igidim”, Fatimə Baxşıyeva “Arazbarı” muğam və mahnılarını ifa etdilər. “İncə bellim” mahnısını qarmonda Sadiq Səmədov, sazda İkram Əliyev ifa etdilər.
Tarda Azərbaycan Milli Konservatoriyasının tələbəsi Poladxan Baxşıyev, nağarada 24 №-li 11 illik musiqi məktəbinin müəllimi Orxan Mehdiyevin müşayiəti ilə şair Tubu İman B.Vahabzadənin “Muğam” poemasından parçalar səsləndirdi.
Tədbirdə qazi və veteranlar, şəhid ailələri, şair və yazıçılar, KİV nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət nümayəndələri iştirak edirdilər.