Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 27 sentyabr – Anım Günü ilə bağlı Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində tədbir keçirdi.
Əvvəlcə canı və qanı ilə müqəddəs torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Abonement bölməsinin müdiri Lalə Səlimova çıxış edərək bildirdi ki, xalqımız 44 gün ərzində qəhrəmanlıq, birlik və igidlik təcəssüm etdirdi, igid övladlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşərək şanlı bir tarix yazdılar.
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehparə Məmmədova torpaqlarımızın min illər boyu qəhrəman övladlarımızın qanı-canı bahasına qorunmasından, bu qəhrəman oğullarımızın fədakarlığı sayəsində azad, müstəqil Azərbaycanda dinc yaşamağımzdan bəhs etdi.
Mərkəzi Kitabxananın multimediya mütəxəssisi Aytən Məmmədova bildirdi ki, qəhrəmanlar hec vaxt unudulmur, qanıyla tarix yazan igidlər unudulmaz, əbədiyaşar qəhrəmanlarımızdır.
Tədbirdə iştirak edən məktəblilər şəhid general Polad Həşimovun evinə ziyarət zamanı yaşadıqları duyğuları bölüşərək dərin təsirləndiklərini ifadə etdilər. Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.
Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olundu.