metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-05-01

Kitabxanada növbəti rəsm sərgisi açıldı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucular” tədbirləri çərçivəsində gənc rəssam, Mərkəzi Kitabxananın fəal oxucusu, kitabsevər Günay Zeynalovanın fərdi ikinci rəsm sərgisi davam edir.

Günay Zeynalovanın fərdi sərgisi rəngarəng və duyğulu əsərləri ilə diqqət çəkir. Sərgidə təbiət mənzərələri, portret və müxtəlif mövzulu kompozisiyalar yer alır. Hər bir tablo müəllifin incə zövqünü və yaradıcılıq dünyasını əks etdirir. Əsərlər oxucularda həm estetik zövq, həm də sakitlik və ilham hissi oyadır.

Sərgidə gənc rəssamın çəkdiyi “Zərif çiçəklər”, “Qırmızı sirr”, “Sarı ümid”, “sehrin səsi”, “Zərif bənövşələr”, “Suyun nağılı”, “Ramazan süfrəsi”, “Uzaqdakı ulduzlar”, “Sarı yaylıq”, “Günəşə aparan yol” və “Flora” rəsmləri oxuculara təqdim olnur.