metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-09-30

“Dədə Qorqud irsi – xalqımızın mənəvi sərvəti” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filialları Azərbaycan ədəbiyyatının və mədəniyyətinin incilərindən biri “Kitabi-Dədə Qorqud” dastanının 210 illik yubileyi münasibətilə 2 №-li kitabxanada filialında “Dədə Qorqud irsi – xalqımızın mənəvi sərvəti” adlı tədbir keçiriliblər.

Tədbirdə müəllimlər, tələbələr, şagirdlər, kitabxana əməkdaşları və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, laboratoriyanın əməkdaşları İlhamə Babanlı, Samirə Quliyeva, Ülviyyə İbrahimova, Rəna Cavadova, Fərqanə Ağayeva iştirak etdilər.

Çıxış edənlər qeyd etdiblər ki, 1815-ci ildə alman alimi H.F. Dits “Dədə Qorqud kitabı”nı ilk dəfə aşkara çıxarmış və nəşr etdirmiş və “Dədə Qorqud” dastanı yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq mədəni irsi kimi tanınmağa başlamışdır.

Tədbirdə dastanın əhəmiyyəti barədə danışılaraq vurğulandı ki, “Kitabi-Dədə Qorqud” xalqımızın tarixi yaddaşı, qəhrəmanlıq salnaməsi və milli-mənəvi dəyərlər xəzinəsidir. Əsərdəki qəhrəmanlıq motivləri, ailə bağları, Vətən sevgisi və humanizm ideyaları bu gün də öz aktuallığını qorumaqdadır.

Daha sonra tədbir iştirakçıları dastandan seçilmiş parçaları səsləndiriblər. Sonda vurğulandı ki, “Kitabi-Dədə Qorqud”un 210 illik yubileyinin qeyd olunması xalqımızın köklərinə, tarixinə və milli dəyərlərinə sədaqətinin bariz nümunəsidir. Bu irsin yaşadılması və gənc nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur.