metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-08-20

Bizim balaca kitabsevərlər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəal oxucuları bizim balaca kitabsevərlər tez-tez kitabxanaya gəlir yeni kitablarla tanış olurlar. Onlar seçdikləri kitabları böyük maraqla oxuyaraq sevdikləri nağıl qəhrəmanları haqqında danışmağı sevirlər.

Bu dəfə isə balaca oxucularımız Yağmur Nağıyeva, Gülnaz və Nərgiz Cəfərlilər açıq havada növbə ilə yeni kitabları oxuyurlar.