metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-02-23

“Balalar Abdulla Şaiqi sevir”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 94 saylı Körpələr evi-uşaq bağçasında “Balalar Abdulla Şaiqi sevir” adlı tədbir keçirdi.

Tədbirin məqsədi uşaqları milli ədəbiyyatımızla tanış etmək və onlarda kitaba maraq yaratmaq idi. Tədbirdə Uşaq şöbəsinin müdiri Sevil Namazova yazıçı haqqında uşaqlara məlumat verdi. O qeyd etdi ki, Abdulla Şaiqin əsərləri uşaqlarda mehribanlıq, dürüstlük, dostluq, saflıq kimi xüsusiyyətləri formalaşdırır. Tədbirdə uşaqlar yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və “Yaxşı arxa” kitabları ilə tanış oldular.