Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 94№-li Körpələr Evi-Uşaq Bağçasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirdi. Tədbirdə Uşaq şöbəsinin müdiri Sevil Namazova, kitabxananın əməkdaşı İradə Hüseynova və bağçanın müəllimi Sevinc Əliyeva çıxış edərək: Azərbaycan xalqının milli kimliyinin, mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin aynası – ana dilimizdir. Hər bir millətin varlığı onun dili ilə ölçülür. Bu gün biz ana dilimiz “Azərbaycan türkcəsinə olan sevgimizi, hörmətimizi və qürurumuzu bir daha bəyan edirik”.
Uşaqlara əlifba, nağıl və şeir kitabları haqqında maraqlı məlumatlar verildi. Onlara ana dilimizi sevməyi və ana dilində kitab oxumaq tövsiyə olundu.