metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-02-27

“Xocalını unutmadıq, unutmayacağıq”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və kitabxa filialları Xocalı faciəsi ilə əlaqədar “Xocalını unutmadıq, unutmayacağıq” adlı tədbirlər keçirdilər.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirildi və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi 167№-li tam orta məktəbdə “Tarixin susmayan səsi Xocalı” adlı tədbir keçirdi. Təbiri kitabxananın əməkdaşları Gülnarə Cəlilova, Aytən Məmmədova, məktəbin müəllimləri Samirə Məmmədova və Vəfa Qurbanova Xocalı faciəsinin baş vermə tarixi və səbəbləri haqqında məlumat verdilər. Məktəbin şagirdi Gülay Musayeva özünün yazdığı “Can Xocalı” şerini səsləndirdi.

Uşaq şöbəsinin əməkdaşları 158№-li tam orta məktəbdə “Xocalını unutmadıq, unutmayacağıq” adlı tədbir keçirdilər. Tədbirdə Uşaq şöbəsinin əməkdaşı Vəsilə İsgəndərova Xocalı hadisələrinin tarixi həqiqətləri haqqında məlumat verərək bildirdi ki, 1992-ci ilin 26 fevral gecəsi dinc əhaliyə qarşı törədilən bu qətliam Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər.

1№-li kitabxana filialı 158№-li tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirdi. Kitabxana filialının müdiri Mətanət Qasımova Xocalı soyqırımı haqqında şagirdlərə məlumat verərək bildirdi ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri kimi yadda qalır.

2№-li kitabxana filialı Xocalı soyqırımının anılması, onun nə qədər ağır və ağrılı bir hadisə olduğunu bir daha gənclərə xatırlatmaq məqsədi ilə 133№-li tam orta məktəbdə “Xocalı soyqırımı” adlı tədbir keçirdi. Tədbirdə Xocalı soyqırımı haqqında həqiqətləri öyrənməyi, təbliğ etməyi, şəhidlərin onlara əmanət etdiyi Vətənə layiq vətəndaş olmaq tövsiyə olundu.

3№-li kitabxana filialı "Xocalı harayı" adlı tədbir keçirdi. Kitabxananın müdiri Arzu Xudayarova tariximizə qanlı hərflərlə yazılan Xocalı faciəsi haqqında geniş məlumat verdi. 158№-li tam orta məktəbin şagirdləri Xocalıya həsr edilən şeirlər söylədilər.

4№-li kitabxana filialı və 21№-li tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə Xocalı faciəsinin qurbanları yad edildi. kitabxananın əməkdaşı Hilanə Babayeva Soyqırımı haqqında fikirlərini bölüşərək kitabxanada Xocalı soyqırımı haqqında olan kitablar haqqında məlumat verdi. Tədbirdə iştirak edən Şərqi Zəngəzur İdarəsinin tabeliyində olan Laçın rayonu Səfiyan kənd kitabxanasının filial müdiri Aynurə Baxşıyeva 1991-1992-ci illərin acı xatirələrindən danışdı. Sonda şagirdlər Xocalı haqqında şeirlər səsləndirdilər.