metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-01-23

Tarixçi-alim Sara Aşurbəylinin 120 illik yubileyi ilə əlaqədar tədbir təşkil olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 21№-li tam orta məktəbdə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan alimi, tarixçisi və şərqşünası, professor Sara Aşurbəylinin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar tədbir keçirdi.

Abonement bölməsinin müdiri Lalə Səlimova məlumat verdi ki, alimin orta əsrlər Azərbaycan tarixinin ilk araşdırıcılarından olub. Onun əsərləri Şirvanşahlar dövlətinə həsr olunub.

Müəllim Ülviyyə Qurbanova qeyd etdi ki, Sara Aşurbəylinin Şirvanşahlar dövlətinin VI – XVI əsrin sonlarını əhatə etdiyi dövrlə bağlı elmi tarixşünaslığın banisi A.A.Bakıxanovla polemika edir və Azərbaycan tarixinə böyük yenilik gətirir.

Baş kitabxanaçı Gülnarə Cəlilova çıxışında Sara Aşurbəylinin ikinci sənəti olan rəssamlıq fəaliyyətindən danışaraq, alimin Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilməsindən, onun fırçasından çıxmış rəsmlərin, Azərbaycanın gözəl təbiət guşələrindən biri olan Göygölə həsr etdiyi “Göygöl” əsərinin Azərbaycan Milli Tarix Muzeyində yer aldığını qeyd etdi.

Sonda Sara Aşurbəylinin tarixi elmi tədqiqatları və rəssamlıq fəaliyyəti haqqında diskussiyada 9-cu sinif şagirdləri Hüseyn Yusifli, Nuray Babazadə, Abbas Abaszadə, Məhəmməd Əlimirzəyev, Rüfət Zeynallı, Muhəmməd Məmmədzadə fəal iştirak etdilər.