metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-04-29

“Qəhrəmanlıq salnaməsi” – Aprel döyüşləri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində Aprel döyüşlərinin 10 illik yubileyi ilə əlaqədar tədbir keçirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktəbin direktoru İradə İmanbəyli, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Gülnarə Vəliyeva, tarix müəllimi Şölə Qayyıbova, Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova, Uşaq şöbəsinin müdiri Sevil Namazova, Aprel döyüşlərinin Azərbaycan ordusunun güçünü bütün dünyaya göstərdiyini, Azərbaycan əsgərinin qəhrəmanlığını, Vətən sevgisi ilə tarix yazdığını, xalqın isə öz torpağı uğrunda hər zaman bir yumruq kimi birləşdiyiyni bildirdilər.

Azərbaycan Respublikası şəhid ailələri, əlillər, müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Yasamal rayon içtimai işlər üzrə sədr müavini gizir Bərşad Hüseynov, qazi Ramiz Yusubov çıxışlarında döyüşdəki ən çətin anları xatırladarak bildirdilər ki, o günləri anmaq həm ağırdır, həmdə şərəflidir. Aprel döyüşləri bizə dostluğun, qardaşlığın və Vətən sevgisinin nə qədər güclü olduğunu öyrətdi.

Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin tələbəsi Röya Əşrəfova Qarabağ döyüşlərində vuruşan müharibə veteranı olan atası ilə qürur duyduğunu bildirdi.

6-cı sinif şagirdləri Aprel döyüşlərində şəhid olmuş əsgərlərə həsr olunmuş şeirlər söylədilər.

Sonda Aprel döyüşlərinə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx nümayiş olundu.