metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-03-13

Poeziya Gününə həsr olnmuş tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 21№-li tam orta məktəbdə “Poeziya qəlbin səsi” adlı tədbir keçirdi.

Uşaq şöbəsinin müdiri Sevil Namazova bildirdi ki, şeir insanın hiss və düşüncələrini, ən təsirli şəkildə ifadə edən ədəbiyyat nümunəsidir. Kitabxananın əməkdaşı İradə Hüseynova Səməd Vurunun şeirlərini səsləndirdi. Müəllim Ü.Qurbanova uşaqlara Poeziya Gününün yaranması və məqsədi haqqında məlumat verdi.Şagirdlər böyük Azərbaycan şairlərinin şeirlərini söylədilər.