“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək
İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarınna Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə “İşğaldan azad olmuş ərazilərdə Füzuli, Laçın, Xocalıda uşaqlarla görüşlərin
keçirilməsi” adlı yeni layihə həyata keçirdi. Layihənin rəhbəri tanınmış uşaq
yazıçısı və şairi, AYB-nin Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimlisi Gülzar
İbrahimovadır.
Laçın şəhərinin gözəl, səfalı bir güşəsində yerləşən 2 №-li nömrəli tam
orta məktəbdə keçirilən tədbiri Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə
Xidməti yüksək səviyyədə təşkil etmişdi. Yay tətili olmasına baxmayaraq, görüşdə
100-dən çox uşaq iştirak edirdi.
Məktəb rəhbərliyinin tədbirə böyük səylə
hazırlaşdıqları keçirilən tədbirdə əksini tapdı.
Yazıçı ilə görüşdə Ədalət Məmmədov
adına Zabux və Sus kənd tam orta məktəblərin müəllim və şagirdləri də
iştirak etdilər.
Tədbiri 2 №-li tam orta məktəbin Uşaq birliyi rəhbəri
Ülviyyə Cəfərova açaraq tədbir iştirakçılarını salamladı. 2 №-li məktəbin təşkilatçı
müavini Rüxsarə Nəsibzadə yazıçı haqqında məlumat verərək, maraqlı görüşə görə
təşəkkür etdi. Təcrübəli müəllim bildirdi ki, nağıl kitabları uşaqlar üçün ən
gözəl hədiyyədir. Müəllifin kitablarını hədiyyə etməsi şagirdlərə mütaliəni
sevdirən bir təşəbbüsdür. Rüxsarə müəllim layihəyə dəstək olan Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinə də minnətdarlığını bildirdi.
Layihə rəhbəri Gülzar İbrahimova çıxışında bildirdirdi
ki, “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin
Əsasnaməsinə əsasən belə tədbirlər mütəmadi keçirilir. Uşaqlar əylənərək öyrənirlər.
Müəllif bütün iştirakçılara kitablarını hədiyyə etdi.
Yazıçı Gülzar İbrahimova görüşdə uşaqlara yeni əsərlərindən
danışdı: “Yusif və cücələr”, “Balaca bir qız dünyanı necə dəyişdirdi”, “Sincab
acgöz Canavarı necə aldatdı” yeni cizgi filmləri hazırladıqlarını bildirdi.
Sonra yazıçı təzə yazdığı “Yay gəldi”, “Günəş və Ayın söhbəti”, “Cırcırama
laylası”, “Gizlənpaç”, “Nağıllar” şeirlərini oxudu.
2 №-li tam orta məktəbin, Ədalət Məmmədov
adına Zabux və Sus kənd tam orta məktəblərinin kitabxanalarına və Laçın rayon Mərkəzi
Kitabxanasına “Ciddi ol” yumor kitabı, “Trolların sirri”, ”Dünyanın himni uşaq
qığıltısıdır”, “Sehrli nağıllar”, “Ağır cəza” kitabları hədiyyə edildi.
Tədbirdə krossvord, əyləncəli tapmacalar, şeir, gizlənpaç
müsabiqələri keçirildi. Yuxarı sinif şagirdlərini ən çox maraqlandıran “Qədim
Azərbaycan” krossvordu oldu. Azərbaycanın qədim adlarını öyrədən müsabiqə bir
az çətin olsa da, Sus tam orta məktəbin şagirdləri krossvordun öhdəsindən
asanlıqla gəldilər. Qaliblərə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək
İctimai Birliyinin “Qızıl Açar” Diplomları və xüsusi hədiyyələr təqdim edildi.
“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarınna Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İşğaldan azad olmuş ərazilərdə Füzuli, Laçın, Xocalıda uşaqlarla görüşlərin keçirilməsi” adlı yeni layihə həyata keçirdi. Layihənin rəhbəri tanınmış uşaq yazıçısı və şairi, AYB-nin Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimlisi Gülzar İbrahimovadır.
Laçın şəhərinin gözəl, səfalı bir güşəsində yerləşən 2 №-li nömrəli tam orta məktəbdə keçirilən tədbiri Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidməti yüksək səviyyədə təşkil etmişdi. Yay tətili olmasına baxmayaraq, görüşdə 100-dən çox uşaq iştirak edirdi.
Məktəb rəhbərliyinin tədbirə böyük səylə hazırlaşdıqları keçirilən tədbirdə əksini tapdı.
Yazıçı ilə görüşdə Ədalət Məmmədov adına Zabux və Sus kənd tam orta məktəblərin müəllim və şagirdləri də iştirak etdilər.
Tədbiri 2 №-li tam orta məktəbin Uşaq birliyi rəhbəri Ülviyyə Cəfərova açaraq tədbir iştirakçılarını salamladı. 2 №-li məktəbin təşkilatçı müavini Rüxsarə Nəsibzadə yazıçı haqqında məlumat verərək, maraqlı görüşə görə təşəkkür etdi. Təcrübəli müəllim bildirdi ki, nağıl kitabları uşaqlar üçün ən gözəl hədiyyədir. Müəllifin kitablarını hədiyyə etməsi şagirdlərə mütaliəni sevdirən bir təşəbbüsdür. Rüxsarə müəllim layihəyə dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlığını bildirdi.
Layihə rəhbəri Gülzar İbrahimova çıxışında bildirdirdi ki, “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin Əsasnaməsinə əsasən belə tədbirlər mütəmadi keçirilir. Uşaqlar əylənərək öyrənirlər. Müəllif bütün iştirakçılara kitablarını hədiyyə etdi.
Yazıçı Gülzar İbrahimova görüşdə uşaqlara yeni əsərlərindən danışdı: “Yusif və cücələr”, “Balaca bir qız dünyanı necə dəyişdirdi”, “Sincab acgöz Canavarı necə aldatdı” yeni cizgi filmləri hazırladıqlarını bildirdi. Sonra yazıçı təzə yazdığı “Yay gəldi”, “Günəş və Ayın söhbəti”, “Cırcırama laylası”, “Gizlənpaç”, “Nağıllar” şeirlərini oxudu.
2 №-li tam orta məktəbin, Ədalət Məmmədov adına Zabux və Sus kənd tam orta məktəblərinin kitabxanalarına və Laçın rayon Mərkəzi Kitabxanasına “Ciddi ol” yumor kitabı, “Trolların sirri”, ”Dünyanın himni uşaq qığıltısıdır”, “Sehrli nağıllar”, “Ağır cəza” kitabları hədiyyə edildi.
Tədbirdə krossvord, əyləncəli tapmacalar, şeir, gizlənpaç müsabiqələri keçirildi. Yuxarı sinif şagirdlərini ən çox maraqlandıran “Qədim Azərbaycan” krossvordu oldu. Azərbaycanın qədim adlarını öyrədən müsabiqə bir az çətin olsa da, Sus tam orta məktəbin şagirdləri krossvordun öhdəsindən asanlıqla gəldilər. Qaliblərə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin “Qızıl Açar” Diplomları və xüsusi hədiyyələr təqdim edildi.