metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2026-04-27

“İslam memarlığının incisi – Memar Əcəminin abidələri” adlı tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Azərbaycanın dahi memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi və “Şəhərsalma və Memarlıq” ili ilə əlaqədar 158 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə tədbir keçirdi.

Tədbirdə məktəbin direktor müavini Nəzakət Cəfərli Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı, yaratdığı memarlıq abidələri və Azərbaycan memarlıq tarixindəki rolu haqqında məlumat verdi. Uşaq şöbəsinin əməkdaşı Vəsilə İsgəndərova respublikamızda son illərdə salınmış parklar, memarlıq kompleksləri haqqinda şagirdlərə məlumat verdi. Tədbirdə şagirdlərlə qədim abidələrimiz haqqında diskusiya keçirildi.