Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 №-li kitabxana filialı Abşeron rayonu üzrə Günərzi Qayğı Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bədii-musiqili tədbir təşkil edib.
İlk öncə kitabxana filialının müdiri v.m.i.e. Kamilə Novruzova hamını salamlayıb, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb.
Gənc müğənnilər Taleh Zəngilanlı, Ağacan Cabbarlı, Nigar və Əziz Heydərlilər, Aylin Mirzəyeva və Mohammed Reza Azimzadeh ifaları ilə uşaqları sevindiriblər. Uşaqlar Vətən və Zəfər haqqında şeirlər dinləyiblər.
Tədbirdə iştirak edən kitabxana əməkdaşları, hərbiçilər, KİV nümayəndələri, şair və yazıçılar uşaqlara hədiyyələr təqdim ediblər.