Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası
“Hüquqlarımız gələcəyimizin təminatıdır” adlı tədbir keçirib.
Tədbiri
giriş sözü ilə kitabxananınn Abonement bölməsinin müdiri Lalə Səlimova açaraq tədbir iştirakçılarını
salamladı.
Yasamal
rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Lətifə
Məmmədova 1948-ci il 10 dekabrda BMT tərəfindən qəbul edilmiş Bəyənnamənin əhəmiyyəti
haqqında danışdı. Lətifə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan
Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə
respublikamızda ənənəvi olaraq 18 may – 18 iyun tarixlərində keçirilən “İnsan
Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini
vurğuladı, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi
olduğunu və hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
O,
Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş
hüquq və azadlıqlarını izah etdi və ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin
önəmini vurğuladı. İnsan hüquq və azadlıqlarının layiqincə qorunmasından, ölkəmizdə
uğurla həyata keçirilən hüququ dövlət siyasətindən danışdı və insan hüquqları
kateqoriyaları haqqında ətraflı məlumat verdi.
Pedaqoq-təlimçi Rövşəntac
Cəfərova çıxış edərək bildirdi ki, hər bir uşağın və şagirdin hüquqları vardır,
bu hüquqlar dünyanın hər yerində qorunur. Şagirdlərin ən vacib hüquqlarından
biri təhsil almaq hüququdur. Hər bir uşaq keyfiyyətli təhsil almaq, bilik və
bacarıqlarını inkişaf etdirmək imkanına malik olmalıdır. Şagirdin öz fikirlərini
sərbəst ifadə etmək, təhlükəsiz və sağlam mühitdə oxumaq, istirahət və inkişaf
etmək hüquqları da vardır. Heç bir şagird ayrı-seçkiliyə məruz qalmamalı, hər kəsə
bərabər münasibət göstərilməlidir.
“English Akademy”
Beynəlxalq Dil Mərkəzinin rəhbəri, ingilis dili üzrə mütəxəssis Maya Cəfərova
çıxışında qeyd etdi ki, məktəbdə təhsil almaq hüququmuz olduğu kimi, dərslərə məsuliyyətlə
yanaşmaq, müəllimlərə və sinif yoldaşlarımıza hörmət etmək və məktəb qaydalarına əməl etmək də
bizim vəzifəmizdir. Şağirdlər öz hüquqlarını bilməli, eyni zamanda başqalarının
hüquqlarını da qorumalıdır.
Klinik psixoloq Səidə
Abdulxalıqova şagirdlərin psixolojı sağlamlığı, hüquqları və şəxsi inkişafı barədə
faydalı məlumat verərək, özlərini daha yaxşı tanımaları və hüquqlarını dərk etmələri
üçün tövsyələr verdi.
Fəal oxucu Ruslan
Abbasov təhsil, bilik və hüquq mədəniyyətinin formalaşmasında elmin əhəmiyyətindən
bəhs etdi.
Psixoloq Pərvanə
Qafarova kitabxananın fəal oxucuları və şagirdlərlə “Təhsil almaq niyə vacib
hüquq sayılır?”, “Hüquqlarımızla yanaşı hansı məsuliyyətimiz var?”, “Başqasının
hüququna hörmət etmək nə deməkdir?” sualları ətrafında diskussiya apardı.